Argentina prezidenti sevgilisindən ayrıldı :"Dost qalacağıq"

   Argentina prezidenti sevgilisindən ayrıldı    :"Dost qalacağıq"
  14 Aprel 2024    Oxunub:1155
Argentina prezidenti Xavyer Miley sevgilisi aktrisa Fatimə Floresdən ayrıldığını açıqlayıb. O bu barədə X sosial şəbəkəsində yazıb.
“Bir-birimizi nə qədər sevdiyimizi, hörmət etdiyimizi və pərəstiş etdiyimizi nəzərə alaraq, münasibətimizi bitirmək və dostluğumuzu davam etdirmək qərarına gəldik”,- deyə Miley yazıb.

Onun sözlərinə görə, ayrılığa səbəb iş olub. Aktrisa ABŞ və Avropada bir neçə iş təklifi alıb. Prezident Miley isə daima rəsmi səfərlərdədir: "Davamlı ayrı olmaq normal münasibətləri davam etdirməyi çətinləşdirəcək", - Miley yazıb.

43 yaşlı Fatima Flores məşhur argentinalı aktrisa və komediya ustasıdır. Argentinanın keçmiş dövlət başçısı Kristina Fernandes de Kirşneri Argentinanın "Periodismo para todos" araşdırma proqramında canlandırması ilə tanınır. 2013 və 2015-ci illərdə Flores Argentina radio və televiziyasının ən nüfuzlu mükafatı olan Martin Fierro mükafatını alıb.

Miley və Flores 2023-cü ilin yayında Argentinada prezident seçkiləri kampaniyası zamanı yerli televiziya şoularından birində tanış olublar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti