Meksikada əməliyyat: 22 ölü

Meksikada əməliyyat: 22 ölü
  01 İyul 2014    Oxunub:740
Meksikada hərbçilər narkotik alverçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
AzVision.az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 22 nəfər öldürülüb.

Hərbçilər və quldurlar arasında atışma paytaxt Mexikonun cənub-qərbində olub. Hadisə nəticəsində həmçinin bir əsgər yaralanıb.

Meksika prokurorluğundan bəyan edib ki, həlak olanlar arasında bir nəfər qadın da var. Onların hamısı narkotik alverçisidir.
Öncə quldurlar əsgərləri atəşə tutub. Meksikalı rəsmilərin bildirdiyinə görə, atışma cəmi bir neçə dəqiqə davam edib. Yaralılan əsgərin vəziyyəti sabitdir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti