ABŞ və Britaniya İranın 100-ə yaxın PUA-sını vurub

 ABŞ və Britaniya  İranın 100-ə yaxın PUA-sını vurub
  15 Aprel 2024    Oxunub:604
İranın İsrail istiqamətində atdığı 100-ə yaxın pilotsuz uçuş aparatı ABŞ və Britaniya hərbçiləri tərəfindən vurularaq İsrail sərhədlərinə çatmayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb. PUA-ların hansı ölkənin ərazisində tutulduğu barədə məlumat verilmir.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) PUA və raketlərdən istifadə edərək İsrailə qarşı kütləvi hücumu təsdiqləyib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti