Prokurorluq Sumqayıtda konfrans keçirəcək

Prokurorluq Sumqayıtda konfrans keçirəcək
  15 Aprel 2024    Oxunub:542
Baş Prokurorluq tərəfindən Sumqayıtda «Ekoloji təhlükəsizlik və yaşıl dünya» adlı işgüzar konfrans keçiriləcək.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 16-da Baş Prokurorluq tərəfindən Sumqayıtda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.

Tədbir zamanı, həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq. Toplantı çərçivəsində, Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfranslar təşkil edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti