Rusiyada su altında qalan evlərin sayı açıqlandı

Rusiyada su altında qalan evlərin sayı açıqlandı
  15 Aprel 2024    Oxunub:480
Rusiyada yaz daşqınları səbəbindən 15,6 min yaşayış binası su altında qalıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindəki mənbə bildirib.

Aprelin 15-i səhər saatlarına olan məlumata görə, Rusiyanın 33 vilayətinin 193 yaşayış məntəqəsində yaz daşqınlarına görə 27 993 təsərrüfat sahəsi və 15 641 yaşayış binası su altında qalıb.

Məlumata görə, son 24 saat ərzində daha 3109 yaşayış binası və 4013 təsərrüfat sahəsini su basıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti