"Ordumuz yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir” - Hoxikyan

"Ordumuz yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir”    - Hoxikyan
  15 Aprel 2024    Oxunub:618
Xəbər verdiyimiz kimi İran Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq İsrailə qarşı onlarla raket və pilotsuz uçan aparatla hücum edib. Amma İsrail ordusu Amerika hərbçilərinin dəstəyi ilə gələn raket və PUA-ların demək olar ki, hamısını vurmağa nail olub.
Bölgədə yeni genişmiqyaslı müharibə ehtimalının artması nədənsə Ermənistanda təlaşa səbəb olub. İrəvanda ən yaxın müttəfiqlərdən sayılan İranın Ermənistanla daha az ilgilənəcəyindən ehtiyat edirlər.

İsrail İrandan gələn zərbələri belə dəf etdi - Video
Məsələn, araşdırmaçı jurnalist Nairi Hoxikyan "Mamul" saytında yazıb ki, Tehranın yeni müharibənin astanasında olması onlara sərf etmir: “Budur, ən çox qorxduğumuz şey başladı. İran rəsmi olaraq İsrailə hücum etdiyini açqıladı. Bu isə başqa bir regionda yeni ciddi qarşıdurma deməkdir. İsrailin təhlükəsizlik qüvvələri bizim regionda da aktiv işləyirlər. Ümid edirəm ki, Ermənistan silahlı qüvvələri tezliklə yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək”.

Hoxikyan iddia edib ki, İranın digər regionda başının qarışması səbəbindən Ermənistanın cənubunda da müharibə başladıla bilər.
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti