"Gələn həftə işə çıxacaq" - Yazıçı Anar Çingiz Abdullayevdən danışdı

   "Gələn həftə işə çıxacaq" -    Yazıçı Anar Çingiz Abdullayevdən danışdı
  15 Aprel 2024    Oxunub:1046
"Çingizin vəziyyəti yaxşıdır. Günü-gündən yaxşılaşır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev yazıçı Çingiz Abdullayevin səhhətindən danışarkən deyib. O bildirib ki, yazıçı hələ də xəstəxanadadır:
"Çingiz müəllim dedi ki, ya mənə göz dəyib, ya da ermənilər edib"


"Özü ilə danışmışam. Əhvalı da yaxşıdır. Günü-gündən yaxşılaşır. Yaxın günlərdə evə buraxılacaq. Gələn həftə isə işə çıxacaq".

Qeyd edək ki, ötən həftə Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının zəhərləndiyinə görə xəstəxanaya aparıldığı, sonra evə buraxıldığı, daha sonra isə halının yenidən pisləşdiyi bildirilirdi.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti