Sozin: "Rüşvət alan hakimin barmağını kəsək"

   Sozin:    "Rüşvət alan hakimin barmağını kəsək"
  15 Aprel 2024    Oxunub:987
Rusiya Futbol İttifaqının (RFS) etika komitəsinin keçmiş üzvü Andrey Sozin maraqlı təklif irəli sürüb.
Legalbet-ə açıqlama verən Sozin rüşvət almaqda şübhəli bilinən rusiyalı futbol hakimlərin poliqraf testindən(yalan detektoru-red.) keçməsinə qarşı çıxıb.

“Bu metod yalnız ağır, dövlət səviyyəsində olan cinayətlər üçün lazımdır”, - Sozin deyib. Həmçinin, keçmiş RFS rəsmisi ironik şəkildə futbol hakimlərinə qarşı işgəncə üsullarından istifadə etməyi təklif edib.

"Gəlin onların dırnaqlarını qoparaq. O zaman mütləq hər şeyi deyəcəklər. Sonra barmaqları kəsək. Bu ağrılıdır və o zaman hakimlər hətta olmayan şeyləri də deyəcəklər! Düzünü desək, ölkədə pul götürməyən və rüşvət verməyən az adam qalıb. Əminəm ki, rüşvət alırlar. Lakin yalan detektoru göstərəcək ki, bu, ifşa üçün yaxşı üsul deyil”, - Sozin bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti