Hepatitlərdən hər gün 3500 nəfər ölür

Hepatitlərdən hər gün 3500 nəfər ölür
  15 Aprel 2024    Oxunub:571
Hepatit virusları hər gün 3500 insanın ölümünə səbəb olur.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilir. Qeyd olunub ki, burada Hepatit B virusunun payı 83 faiz, Hepatit C-nin isə 17 faiz təşkil edir. Hesabata görə, 187 ölkədən gələn yeni məlumatlar hepatitindən ölənlərin sayının 2019-cu ildəki 1,1 milyondan 2022-ci ildə 1,3 milyona yüksəldiyini göstərir.

Hepatit B xəstələrinin 2022-ci ilin sonuna qədər cəmi 3 faizi antiviral müalicə alıb. Hepatit C-dən isə yalnız 20 faiz - və ya 12,5 milyon insan müalicə edilib. Bu nəticələr 2030-cu ilə qədər xroniki hepatit B və C ilə yaşayan bütün insanların 80 faizinin müalicəsi üçün qlobal hədəflərdən xeyli aşağıdır.

ÜST-ə görə, bütün hepatit hallarının üçdə ikisi Banqladeş, Çin, Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan, Filippin, Rusiya və Vyetnamdadır.

AzVision.az


Teqlər:





Xəbər lenti