Omanla əməkdaşlıq məsələləri müzakirə edilib

Omanla əməkdaşlıq məsələləri müzakirə edilib
  15 Aprel 2024    Oxunub:988
Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində Omanın xarici işlər naziri Bədr Əlbusaidi ilə görüş və əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə edilməsi, səhiyyə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

"Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu qeyd edilib. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasitlərə əlavə təkan verəcəyi vurğulanıb. Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub", - məlumatda qeyd edilib.

Həmçinin diqqətə çatdırılıb ki, görüşdə Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə Azərbaycanla Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb: "Digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb".

AzVision.az



Teqlər:





Xəbər lenti