Bu ilin 3 ayında Bakıda yol qəzalarında 33 nəfər ölüb

   Bu ilin 3 ayında Bakıda yol qəzalarında 33 nəfər ölüb
  16 Aprel 2024    Oxunub:716
Paytaxt ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin 2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatında bildirilib.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt (10 %), ölənlərin sayı 15 nəfər (31,2 %), xəsarət alanların sayı isə 5 nəfər (6,5 %) azalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti