Leyla Əliyeva: “Bir daha görməməliyik” - FOTOLAR

Leyla Əliyeva: “Bir daha görməməliyik” - FOTOLAR
  01 İyul 2014    Oxunub:841
Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin premyerası keçirilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva filmin premyerasında olub.

Premyeradan sonra Leyla Əliyeva Xocalı faciəsi haqqında həqiqətlərin dünyada tanıdılmasının əhəmiyyəti barədə fikirlərini bildirərək, “Endless Corridor” filminin çəkilməsindən məmnun qaldığını dilə gətirib. Leyla Əliyeva qeyd edib ki, “Endless Corridor” erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”, – deyə Leyla Əliyeva vurğulayıb.

Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya rəsmiləri və məşhur aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), “Games of Thrones” adlı populyar teleserialın ulduzlarından biri İen Qlen də iştirak ediblər.

1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib.

Premyeradan sonra “Sonsuz dəhliz” sənədli filminin dünyanın aparıcı televiziya kanallarında nümayişi planlaşdırılır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti