Ukraynaya top mərmiləri göndərən zavod yandı

Ukraynaya top mərmiləri göndərən zavod yandı
  16 Aprel 2024    Oxunub:775
ABŞ-nin Pensilvaniya ştatında sursat zavodunda güclü yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Atlas News məlumat yayıb.

Hadisə Skrenton şəhərində baş verib: "Yanğın barədə məlumat fövqəladə hallar xidmətinə yerli vaxtla saat 15:00 radələrində daxil olub.Şahidlərin sosial şəbəkələrdə paylaşdıqları görüntülərdə zavodun üzərində qalın qara tüstünün meydana gəlməsi əks olunub. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının yayılmasının qqarşısını alıblar".

Ölən və yaralananlar barədə məlumat verilməyib. Bəzi xarici KİV sursat zavodunda Ukrayna üçün mərmilər istehsal olunduğunu iddia edib. Jurnalistlər zavodun 155 və 105 mm-lik top mərmiləri istehsal etdiyini öyrəniblər.
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti