Satqın agenti partladan casus tutuldu - VİDEO

Satqın agenti partladan casus tutuldu  - VİDEO
  16 Aprel 2024    Oxunub:614
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Moskvada Ukrayna xüsusi xidmət orqanının (SBU) keçmiş zabiti olan Vasili Prozorovun avtomobilini partladan şəxsi saxlayıb.
Bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Qeyd edilir ki, saxlanılan Ukrayna agenti 1983-cü il təvəllüdlü Rusiya vətəndaşı olub. Müstəntiqlərin fikrincə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun birbaşa göstərişinə tabe olan kuratorun nəzarəti altında hərəkət edib.

“Agent bu ilin mart ayında Rusiyaya gəlib və idarə olunan partlayıcı qurğularını əldə edib. O, partlayıcını yığaraq keçmiş SBU əməkdaşının yaşadığı ərazidə kəşfiyyat aparıb. Bundan sonra maşının minalanması işlərini həyata keçirib”, - məlumatda qeyd edilir.

Xatırladaq ki, aprelin 12-də Rusiya FSB-si ilə əməkdaşlıq edən Prozorovun Toyota Land Cruiser” markalı avtomobilinə bomba quraşdıırlması nəticəsində partlayış baş verib. O, ayağından xəsarət alıb.

Qeyd edək ki, Prozorov bir neçə ilə əvvəl Rusiyaya köçüb. O daha əvvəl Ukrayna xüsusi xidmət orqanlarında xidmət etsə də, 2014-cü ildən etibarən Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edib. Prozorov Ukraynanın şərqindəki vəziyyətlə bağlı mütəmadi olaraq FSB-yə məlumat ötürüb.


AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti