Rusiya Ermənistanda hərbi təlimlərə başladı

Rusiya Ermənistanda hərbi təlimlərə başladı
  01 İyul 2014    Oxunub:1052
Rusiya ordusu Ermənistanda hərbi təlimlərə başlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Hərbi təlimlərdə 200-dən çox hərbi texnika və 600 hərbçi də iştirak etməlidir.

Alaqyaz və Kamhud komplekslərində keçirilən təlimlərdə tanklar, zirehli texnika, artireliya iştirak edir.

Bu təlimlərin mərhələlərində S-300B raket kompleksləri, o cümlədən MiQ-29 tipli hərbi təyyarələrdən də istifadə olunacaq.

“Bu cür tədbirlər Rusiya Federasiyasından kənarda xidmət göstərən bütün növ Rusiya hərbçilərinin hazırlığının yoxlanılması məqsədilə ildə iki dəfə həyata keçirilir” - deyə, Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətnin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, 1995-ci ildən etibarən Rusiyanın 102-nömrəli bazası Ermənistanın Gümrü şəhərində dislokasiya olunub

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti