Hərbi xidmətə aprel çağırışı ilə bağlı iclas keçirilib

Hərbi xidmətə aprel çağırışı ilə bağlı iclas keçirilib
  16 Aprel 2024    Oxunub:994
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla icra edildiyini iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq çağırışçıların qoşun növləri üzrə bölgüsünün həyata keçirildiyini, onların təyin olunduqları hərbi hissələrə göndərilməsi prosesinin davam etdiyini bildirib.

Mərkəzi Çağırış Komissiyasının iclasında Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər müzakirə olunub. İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Komissiyaya aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti