Pakistan yeni vəsait üçün BVF ilə danışıqlar aparacaq

   Pakistan yeni vəsait üçün BVF ilə danışıqlar aparacaq
  16 Aprel 2024    Oxunub:765
Pakistan Beynəlxalq Valyuta Fondu (BVF) ilə ortamüddətli uzadılmış maliyyələşdirmə mexanizmi çərçivəsində yeni maliyyə yardımı paketinin təqdim edilməsini müzakirə edəcək.
Bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Vaşinqtonda jurnalistlərə bildirib. “Biz Pakistanda struktur iqtisadi islahatları dəstəkləmək üçün daha böyük və genişləndirilmiş üç illik yardım proqramının həyata keçirilməsi ilə bağlı BVF ilə müzakirələrə başlamışıq. Ölkə hökuməti bu proqrama maraq göstərib və Fondun rəhbərliyi onun müzakirəsinə razılıq verib”, - deyə o qeyd edib.

İslamabadla yeni yardım paketi üzrə danışıqları Beynəlxalq Valyuta Fondunun hazırkı rəhbəri Kristalina Georgiyeva təsdiqləyib.

“Pakistan bunu xahiş edib və BVF bu məsələni müzakirə etməyi öhdəsinə götürüb. Pakistan vergi sistemini təkmilləşdirməli, cəmiyyətin ən zəngin hissəsinin iqtisadiyyata töhfə verməsini təmin etməli, dövlət xərclərinin istiqamətini müəyyənləşdirməli və daha şəffaf maliyyə mühiti yaratmalıdır”, - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti