Ermənistanda kartof ixracı sıfıra bərabər olub

Ermənistanda kartof ixracı sıfıra bərabər olub
  16 Aprel 2024    Oxunub:693
2023-cü ildə Ermənistandan kartof ixracı demək olar ki, sıfıra bərabər olub.
Bu barədə Ermənistanın kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, fermerlərə dəstək tədbirləri kartofçuluğun inkişafına kömək etmir. Bu tərəvəz növünün Ermənistanda becərilməsi o qədər də ucuz başa gəlmir. Hər hektar əkin üçün təxminən 1 milyon 600 min dram (təxminən 4 min dollar-red.) tələb olunur.

Qeyd edilib ki, bu ildən etibarən dövlət dəstəyi ilə olan sığorta təminatı azaldılır: kartof sahələrini yalnız doludan sığortalamaq mümkün olacaq. Məhsul şaxtadan sığortalanmayacaq: "Nəticədə Ermənistana kartof idxalı artır. Rusiyadan 2022-ci ildə təxminən 5,8, 2023-cü ildə 7,7 min ton kartof idxal edilib".
AzVision.az



Teqlər: Kartof  





Xəbər lenti