Ağdamda yol qəzası: Ölən var -Foto

   Ağdamda yol qəzası:     Ölən var -Foto
  16 Aprel 2024    Oxunub:805
Ağdamda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
APA xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-2107 markalı minik avtomobili ilə BMW markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. VAZ-2107 markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






AzVision.az


Teqlər:





Xəbər lenti