İran səfiri: "Ermənistanı geosiyasi münaqişəyə cəlb etməyin"

   İran səfiri:    "Ermənistanı geosiyasi münaqişəyə cəlb etməyin"
  16 Aprel 2024    Oxunub:834
"İrəvandakı bəzi Qərb səfirlikləri sosial şəbəkələrdən erməni və fars dillərində İran əleyhinə məlumatlar yaymaq üçün istifadə edirlər. Onlar İsrailə qarşı son cavab zərbələri fonunda erməni xalqını çaşdırmağa və Ermənistan ictimaiyyəti arasında bizim imicimizi sarsıtmağa çalışırlar".
Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Səfir bu ölkələri və onların diplomatik nümayəndəliklərini faktları təhrif etməməyə, Ermənistanı geosiyasi münaqişəyə sürükləməməyə çağırıb.

Diplomat İran Silahlı Qüvvələrinin İsrail ərazisinə hücumlarını qanuni addım adlandırıb və əlavə edib ki, Tehranın hərəkətləri Dəməşqdəki konsulluğun atəşə tutulmasına cavabdır. Onun sözlərinə görə, beynəlxalq qanunlar İrana özünümüdafiə hüququ verir.
AzVision.az



Teqlər:





Xəbər lenti