Qızıl meydan ziyarətçilər üçün bağlanıb - YENİLƏNİB

   Qızıl meydan ziyarətçilər üçün bağlanıb -  YENİLƏNİB
  16 Aprel 2024    Oxunub:1067
Qızıl meydanın bağlanmasının səbəbi açıqlanıb.
Bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonov məlumat yayıb.

Onun sözlərinə görə, meydan mayın 9-da baş tutacaq Qələbə Paradına hazırlığa görə müvəqqəti bağlanıb.

* * *

17:27
Rusiyanın paytaxtı Moskvanın əsas meydanı - Qızıl meydan naməlum səbəblərdən ziyarətçilər üçün müvəqqəti bağlanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Осторожно, Москва" ("Diqqət, Moskva") "Telegram" kanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanları da ziyarətçilərin meydana girişinə qadağa qoyurlar.

Meydanın hansı səbəblə bağlandığı və nə vaxt yenidən açılacağı hələlik məlum deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər: Moskva   Qızıl-meydan   qadağa  





Xəbər lenti