DİN-dən bank kartı sahiblərinə XƏBƏRDARLIQ - VİDEO

   DİN-dən bank kartı sahiblərinə    XƏBƏRDARLIQ - VİDEO
  16 Aprel 2024    Oxunub:1366
Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər vurulmaqla onların şəxsi bank kart məlumatlarının oğurlanması hallarına rast gəlinir.
Daxili İşlər Nazirliyindən AzVision.az -a bildirilib ki, belə hallarla mübarizə istiqamətində Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektləri və bankomatların ətrafında vətəndaşları, xüsusən təqaüd yaşına çatmış insanların maarifləndirilməsi məqsədilə məlumat lövhələri quraşdırılıb.

Lövhələrdə kiberdələduzların ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib.

Daxili İşlər Nazirliyi belə hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edir.

AzVision.az


Teqlər: DİN   bank-kartı   kiberdələduzluq  





Xəbər lenti