Sunak: "Məsələyə sakit başla yanaşmaq lazımdır"

      Sunak:    "Məsələyə sakit başla yanaşmaq lazımdır"
  16 Aprel 2024    Oxunub:936
Britaniyanın Baş naziri Rişi Sunak və israilli həmkarı Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Sunakın ofisindən bildirilib.

"Baş nazir danışıq zamanı vurğulayıb ki, regionda eskalasiya heç kimin xeyrinə deyil və bu yalnız Yaxın Şərqi daha da təhlükəli hala gətirəcək; müsbət nəticələr üçün məsələlərə sakit başla yanaşmaq lazımdır", - məlumatda deyilir.

Sunak həmçinin Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasına şərait yaradılmasını diqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   İsrail   Baş-nazir   telefon-danışığı  





Xəbər lenti