Rusiya sülhməramlıları Azərbaycandan çıxırlar - YENİLƏNİB

   Rusiya sülhməramlıları Azərbaycandan çıxırlar -  YENİLƏNİB
  16 Aprel 2024    Oxunub:1346
Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxması ilə kontingentin Azərbaycan ərazisini tərk etmə prosesi başlayıb.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış Üçtərəfli Bəyanatdan sonra Qarabağa müvəqqəti yerləşdirilmişdi.

* * *

22:47
Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.

Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

AzVision.az


Teqlər: Rusiya-sülhməramlıları   Qarabağ  





Xəbər lenti