Səfirimiz Ukraynanın XİN rəhbərinin müavini ilə görüşüb

Səfirimiz Ukraynanın XİN rəhbərinin müavini ilə görüşüb
  16 Aprel 2024    Oxunub:938
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna xarici işlər nazirinin müavini İrina Borovets ilə görüşüb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabından bildirib.

"Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı, o cümlədən iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparılıb. Azərbaycanın Ukraynaya humanitar yardımı və təşəbbüsləri barədə də məlumat verilib", - səfir yazıb.

AzVision.az


Teqlər: Azərbaycan   səfir   Ukrayna   görüş  





Xəbər lenti