Litva Rusiyadan taxıl alışını bərpa edib

   Litva Rusiyadan taxıl alışını bərpa edib
  17 Aprel 2024    Oxunub:882
Litva altı aylıq fasilədən sonra fevral ayında Rusiyadan taxıl alışını bərpa edib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Statistika Xidmətinin məlumatlarında göstərilir. Qeyd olunub ki, Litva müntəzəm taxıl idxalını 2023-cü ilin may ayında dayandırıb, sonuncu tədarük isə həmin ilin iyulunda olub. Həmin vaxtdan bəri ilk taxıl tədarükü fevral ayında baş tutub - 1,95 milyon avro dəyərində 12,2 min ton.

Xatırladaq ki, martın 20-də Litva, Latviya, Estoniya, Polşa və Çexiyanın kənd təsərrüfatı nazirləri Avropa Komissiyasını Rusiya və Belarusdan Avropa İttifaqına taxıl idxalını qadağan etməyə çağırıblar. Polşa həmçinin Rusiya və Belarus taxılına 50% rüsumun tətbiqinin tərəfdarı olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti