Qırğızıstan “Kambar-Ata-1” SES-in tikintisində israrlıdır

   Qırğızıstan “Kambar-Ata-1” SES-in tikintisində israrlıdır
  17 Aprel 2024    Oxunub:987
Qırğızıstan tərəfi ölkə ərazisində böyük Kambar-Ata-1 Su Elektrik Stansiyasının (SES) tikintisi ilə bağlı bütün tərəfdaşlıq variantlarını müzakirə etməyə hazırdır.
AzVision.az xəbər verir ki, bunu Vaşinqtonda Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Beynəlxalq Valyuta Fondunun idarəedici direktorunun müavini Bo Li ilə görüşündə deyib. Japarov vurğulayıb ki, bu strateji layihənin miqyasını, eləcə də ölkənin enerji təhlükəsizliyi və iqtisadi artımı üçün potensial dividendləri nəzərə alaraq, Qırğızıstan layihənin həyata keçirilməsi çərçivəsində əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçirməyə hazırdır.

Hökumət başçısı Qırğız Respublikasının mövcud makroiqtisadi vəziyyətindən də ətraflı danışıb, enerji layihələrinin həyata keçirilməsinə, o cümlədən Kambar-Ata-1 SES-in tikintisinə xüsusi diqqət yetirib.

Öz növbəsində Bo Li qlobal iqtisadiyyata qarşı mövcud çağırışlar barədə fikirlərini bölüşüb, inflyasiyanın sürətlənməsini, ərzaq təhlükəsizliyinə təhdidi və təbii fəlakətləri qeyd edib. O, həmçinin 2024-cü ildə Qırğızıstan Respublikasına səfər etmək planlarını bölüşüb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti