Kamçatkada miqrantların taksi sürməsi qadağan ediləcək

   Kamçatkada miqrantların taksi sürməsi qadağan ediləcək
  17 Aprel 2024    Oxunub:925
Rusiyanın daha bir regionu miqrantların taksi idarə etməsinə qadağa qoyacaq.
AzVision.az xəbər verir ki, Kamçatka diyarında yayın əvvəlində miqrantların taksilərdə işə götürülməsi mümkün olmayacaq. Diyarın qubernatoru Vladimir Solodov teleqram kanalında bildirib ki, müvafiq sərəncam bu ilin yazının sonunda qüvvəyə minəcək və Kamçatkada patentlə işləyən əcnəbilərə şamil ediləcək.

Onun sözlərinə görə, atılan addımlar taksi fəaliyyətində təhlükəsizliyin artırılmasına yönəlib. Vladimir Solodov qeyd edib ki, Kamçatkada taksilərdə işləyən qeyri-qanuni miqrantlar tez-tez cinayət törədirlər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti