Gürcüstan parlamenti səs-küylü qanuna səs verdi

 Gürcüstan parlamenti səs-küylü qanuna səs verdi
  17 Aprel 2024    Oxunub:1257
Gürcüstan parlamenti müxalifətin, qeyri-hökumət təşkilatlarının və ölkənin qərb tərəfdaşlarının etirazına səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
83 deputat qanun layihəsinin lehinə səs verib. Əleyhinə səs verən olamayıb. Səsvermədə yalnız “Gürcü arzusu - Demokratik Gürcüstan” və “Xalqın Gücü” partiyalarının təmsil olunduğu parlament çoxluğunun nümayəndələri iştirak ediblər.

Səsvermə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası fonunda keçirilib. Bu qanunun əleyhdarları artıq üçüncü gündür ki, Tbilisinin mərkəzində mitinqlər keçirirlər.

Qanun layihəsinin qüvvəyə minməsi üçün deputatlar onu daha iki oxunuşda nəzərdən keçirib qəbul etməlidirlər. Parlamentdə baxılması üçün gözlənilən son tarix mayın 17-dir.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi yalnız xarici qüvvələrin maraqlarını müdafiə edən təşkilatların qeydiyyatını və onların maliyyələşdirilməsinin şəffaflığını nəzərdə tutur. Onların fəaliyyətində heç bir məhdudiyyət yoxdur.

Yalnız illik gəlirinin 20%-nin mənbəyini “xarici qüvvələr” təşkil edən hüquqi şəxslər xarici qüvvənin maraqlarını güdən təşkilat sayıla bilər.Təşkilat müvafiq meyarlara cavab verirsə, qeydiyyatdan keçmək üçün özü Dövlət Reyestrinin Milli Agentliyinə müraciət etməlidir.

Qanun layihəsinə əsasən, xarici qüvvələrin maraqlarını güdən təşkilatların reyestrində qeydiyyatdan keçmiş subyektlər hər ilin yanvar ayında əvvəlki ilin maliyyə bəyannaməsini elektron qaydada doldurmalıdırlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti