Laçın Hava Limanının nəzarət sistemi ilə bağlı müqavilə imzalanıb - FOTOLAR
“DFS Group” şirkətinin bir hissəsi olan “DFS Aviation Services” Almaniyanın aeronaviqasiya xidmətləri təminatçısı və bu sahə üzrə dünya liderlərindən biridir.
Sözügedən müqavilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsini əhatə edir. Bu addım AZAL-ın davamlı inkişafa və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini vurğulayır.
Səmərəliliyi və etibarlılığı ilə tanınan “Phoenix” sistemi Azərbaycanın hava limanlarında, o cümlədən Füzuli və Zəngilan aeroportlarında AZANS-ın altı hava hərəkətinin idarəedilməsi qülləsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, sistem “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün ehtiyat sistem kimi istifadə olunur.
Bildirilir ki, uğurlu əməkdaşlıq çərçivəsində AZANS və “DFS Aviation Services” müxtəlif təşəbbüslər üzərində işləyir.
Qeyd edək ki, AZANS və Milli Aviasiya Akademiyası Azərbaycanda aviadispetçerlərin hazırlığı üzrə vahid mərkəzin yaradılması layihəsini həyata keçirir. Bu mərkəz “DFS Aviation Services” şirkətinin təlim materialları və standartları ilə təchiz olunacaq.
AzVision.az