"Azərreyl" finala yüksəlib

"Azərreyl" finala yüksəlib
  17 Aprel 2024    Oxunub:665
Qadın voleybolçuların Yüksək Liqasında finala çıxan ilk komanda məlum olub.
AzVision.az xəbər verir ki, yarımfinalda "Gəncə" və "Azərreyl" komandaları üz-üzə gəliblər. Görüş paytaxt təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə bitsə də, ilk matçda qazanılan (3:0) qələbə sayəsində "dəmiryolçular" həlledici mərhələyə adlayıb.

Yarımfinalın digər görüşü aprelin 18-də "Murov Az Terminal" və "Abşeron" arasında baş tutacaq. Cütün ilk qarşılaşmasında ikincilər 3:1 hesabı ilə qalib gəlib.

AzVision.az


Teqlər: idman   voleybol   yarımfinal  





Xəbər lenti