Trans yağlar bədxassəli şişlər əmələ gətirir
Komitə sədrinin sözlərinə görə, bədxassəli şişlərin əmələ gəlməsində tək qidaların istehsalı yox, emalı da böyük əhəmiyyət daşıyır:
"Sağlam qida istehsal olunsa da, o düzgün emal edilmirsə insan orqanizmi üçün son dərəcə təhlükəli hala çevrilir. Konservləşdirilmiş qidalar, hisə verilmiş ət və balıq, həddən çox heyvani piylər bədxassəli şişlərin əmələ gəlməsində əsas səbəb kimi elmi tədqiqat baxımından təsdiq olunub və bu, inkar edilə bilməz”.
Ə.Əmiraslanov əlavə edib ki, insan sayının artmasına görə GMO məhsullarının qida məhsullarının tərkibində olması qaçılmazdır: “Sadəcə bu məsələyə nəzarət güclü olmalıdır”.
AzVision.az
Teqlər: