“YARAT”-dan yaradanlar üçün şans

“YARAT”-dan yaradanlar üçün şans
  01 İyul 2014    Oxunub:977
“YARAT” Müasir İncəsənət Məkanı fotoqrafiya üzrə Beynəlxalq yay məktəbinə qəbul elan edir
Avqustun 1-dən 23-dək “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə fotoqrafiya üzrə Beynəlxalq yay məktəbi keçiriləcək. Beynəlxalq yay məktəbinə ərizələri iyulun 15-dək təqdim etmək olar. İştirakçıların sayı 12 nəfərdir və iştirak ödənişsizdir.

Peşəkar fotoqraflar üçün nəzərdə tutulmuş yay məktəbində müasir fotoşəkil çəkilişinin əsas aspektləri ilə bağlı üçhəftəlik intensiv praktiki və nəzəri təlim keçiriləcək. Bu proqram “Magnum Photography” agentliyi ilə birgə əməkdaşlıqda hazırlanıb.

Agentliyin təhsil və ictimaiyyət üçün nəzərdə tutulmuş tədbirləri iştirakçılara onun tanınmış fotoqraf və əməkdaşlarının zəngin təcrübəsindən faydalanmaq fürsəti verir.

Agentlik öz strategiyasını xaricdən dəvət etdiyi mühazirəçilərlə əməkdaşlıq çərçivəsində təşkil etdiyi seminarlarda, icmal tədbirlərində, məşğələlərdə reallaşdırır. Belə tədbirlərdə sürətlə dəyişən fotoşəkil bazarında öz vizual incəsənət bacarıqlarını və üslublarını təkmilləşdirmək üçün tədbir iştirakçılarına interaktiv, praktiki və nəzəri məsləhətlər verilir.

Yay məktəbinin mühazirəçiləri sırasında “Magnum Photoraphy”dən Tomas Dvorjak (Çex Respublikası) və Çienq Çi Çanqı (Tayvan), habelə Londonda yaşayıb yaradıcılıqla məşğul olan məşhur fotoqraf David Montqomerini qeyd etmək olar.

Yekunda hər tələbənin baxışı müəyyən edilərək formalaşacaq, hekayələri nəql etmək bacarıqları təşviq və özlərinə məxsus üsullar sayəsində artacaq.

Ərizə formasını BURADAN yükləmək mümkündür.

Əlavə məlumat əldə etmək üçün “YARAT” Müasir İncəsənət Məkanının təhsil proqramının əlaqələndiricisi Ülviyyə Axundova ilə ( [email protected] ) əlaqə saxlamaq olar.


Teqlər:





Xəbər lenti