Hacıqabulda qatarın vurduğu qadın ölüb - YENİLƏNİB

Hacıqabulda qatarın vurduğu qadın ölüb -  YENİLƏNİB
  18 Aprel 2024    Oxunub:1136
Hacıqabul stansiyasında qatar tərəfindən vurulan qadın həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Hacıqabul sakini, 1975-ci il təvəllüdlü İbrahimova Təhminə Əhəd qızı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.

Hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlları tərəfindən araşdırma aparılır.

* * *

17:46
Bu gün saat 16:45 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.
ADY-dən AzVision.az -a verilən məlumata görə, maşinist təcili əyləcləmə aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

AzVision.az


Teqlər: ADY   qatar   hadisə  





Xəbər lenti