Ərdoğan namizəd oldu, həyat yoldaşı ağladı
Məlum olduğu kimi, avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. AzVision.az xəbər verir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan seçkilərdə Ədalət və İnkişaf Partiyasını (AKP) vahid namizəd kimi təmsil edəcək.
Bu barədə qərar isə bu gün AKP-nin Ankarada keçirdiyi geniştərkibli iclasda qəbul edilib.
Ərdoğanın adını namizəd kimi açıqlandığı vaxt, onun həyat yoldaşı Əminə Ərdoğan göz yaşlarını saxlaya bilməyib.
AzVision.az