Boksçumuz gürcü rəqibinə qalib gəlib

Boksçumuz gürcü rəqibinə qalib gəlib
  18 Aprel 2024    Oxunub:856
Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, 63,5 kq çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda gürcüstanlı Laşa Qaqnidze ilə qarşılaşıb.

Rəqibinə qalib gələn boksçumuz aprelin 21-də 1/8 finalda ilk mərhələdən azad ispan Oyer İbarriçe ilə üz-üzə gələcək.

34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qoşulduğu Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   boks   Avropa-çempionatı   qələbə  





Xəbər lenti