İran İsrailin raket hücumunu təsdiqləməyib

   İran İsrailin raket hücumunu təsdiqləməyib
  19 Aprel 2024    Oxunub:962
İranın İsfahan əyalətində baş verən partlayışlar İranın hava hücumundan müdafiə sistemlərinin işinin nəticəsidir.
Bu barədə adı açıqlanmayan İran rəsmisi Reuters agentliyinə bildirib.

O, İrana qarşı heç bir raket hücumunun həyata keçirilmədiyini iddia edir.

Digər İran hökumət rəsmisi AFP-yə bildirib ki, ölkə daxilindəki hədəflər pilotsuz təyyarələrlə hücuma məruz qala bilər.

Qeyd edək ki, mətbuatda İsrailin İrandakı obyektə raket zərbəsi endirməsi xəbəri yayılıb. Partlayış hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası olan Kaxcavaristan şəhərində baş verib.

Bloomberg-in məlumatına görə, İsrail hakimiyyəti dünən ABŞ-a yaxın 24-48 saat ərzində İrana hücum planlaşdırdıqları barədə xəbərdarlıq edib. Hücumun hədəfi kimi hansı obyektin seçildiyi məlum deyil.

Şahanə Rəhimli
AzVision.az y


Teqlər:





Xəbər lenti