Paşinyanın yol qorxusu - Baş nazir niyə helikopterlə gəzir?

      Paşinyanın yol qorxusu    - Baş nazir niyə helikopterlə gəzir?
  19 Aprel 2024    Oxunub:859
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. Ölkənin aparıcı nəşrlərindən olan “Hraparak” qəzeti baş nazirlə bağlı maraqlı iddia ortaya atıb.
Nəşr yazıb ki, Ermənistan lideri artıq bir sıra sərhədə yaxın avtomobil yollarının da Azərbaycana aid olması ilə barışıb.

Qeyd edilir ki, hakimiyyət nümayəndələri kulisdə Nikol Paşinyanın Tavuşa helikopterlə getməsi ilə bağlı maraqlı versiya irəli sürürlər.

Paşinyan: "Delimitasiyadan imtina eskalasiyaya gətirib çıxaracaq"
Onların fikrincə, Paşinyanın sərhədyanı bölgəyə kortejlə deyil havayla getməsinin səbəbi yolboyu narazı insanların müqavimətindən qaçmaq olmayıb. Söhbət İcevan-Noyemberyan dövlətlərarası yolundan yan keçmək üçün Voskepara gedən hissədən gedir.

"Paşinyan düşünür ki, Alma-Ata bəyannaməsinə görə, artıq bu yollar da azərbaycanlılara aiddir. Yol Azərbaycan ərazisi sayıldığı üçün baş nazir bu yoldan istifadə etməkdən yayınır. Bir neçə gün əvvəl Ermənistanda xüsusi missiya yerinə yetirən Avropa Birliyi müşahidəçiləri Voskepara gedəndə də yolun bu hissəsindən yan keçməklə ərazini Azərbaycana aid olması ilə barışıblar. Bundan xəbər tutan yerli sakinlər onları öz torpaqlarından qovublar", - "Hraparak" yazıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Azərbaycanla sərhəddə yerləşən kəndlərə tez-tez səfərlər edir. Məqsəd sakinlərə delimitasiya və demarkasiyanın vacibliyini aşılamaqdır.
AzVision.az



Teqlər:   Paşinyan  





Xəbər lenti