Çepa: "İrana zərbələr güclü olmadı"

Çepa:    "İrana zərbələr güclü olmadı"
  19 Aprel 2024    Oxunub:683
İsrailin İran ərazisinə endirdiyi zərbə gözlənilən qədər güclü olmadı.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Lenta.ru-ya açıqlamasında deyib.

O xatırladıb ki, “hətta amerikalılar İsraildən qisas almamağı xahiş ediblər. Hərçənd İsrail rəhbəri Benyamin Netanyahu cavab tədbirlərinin qaçılmaz olduğunu bəyan etmişdi. Nəticədə, İsrailin zərbələri güclü olmadı".

Onun sözlərinə görə, hazırda İranın İsrailin zərbəsinə necə reaksiya verəcəyi bəlli deyil: "Bununla belə, münaqişənin şiddətinin səngiyəcəyinə ümid etməyə əsas var. İstənilən halda bunlar ciddi addımlar idi. İstənilən hücumlar ən gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bu isə həmişə böyük təhlükə sayılır".

Xatırladaq ki, aprelin 19-da İranın hərbi obyektləri və hava limanlarına hücumlar olması barədə məlumatlar yayılıb. Raket hücumlarının İsrail tərəfindən reallaşdırıldığı iddia edilir. "Fars" agentliyinin məlumatına görə, partlayışlar İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ordunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Tasnim agentliyi isə İsfahanda yerləşən nüvə obyektlərinə ziyan dəymədiyini yazıb.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti