Ermənistanda etiraz aksiyaları keçirilir - FOTOLAR

Ermənistanda etiraz aksiyaları keçirilir - FOTOLAR
  01 İyul 2014    Oxunub:849
Ermənistanın paytaxtı Yerevanda əhali elektrik enerjisi tariflərinin qalxmasına görə etiraz aksiyaları keçirir.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Etirazçılar Sarayan küçəsindən keçən avtomobil yolunu bağlayıblar. Polis isə mütəmadi olaraq etirazçıları yoldan çıxartmağa çalışır. Eyni zamanda Yerevan polis idarəsinin rəhbərinin müavini polislərə küçəni təmizləmək barədə tapşırıq verib.

Etiraz aksiyalarına müxalifət liderləri Levon Zurabyan, Zarui Postandcyan, Arçvik Minasyan, Stepan Səfəryan və Armen Martirosyan da qatılıb.

Qeyd edək ki, bu gün Ermənistan hökumətinin verdiyi qərara əsasən avqustun 1-dən etibarən ölkədə elektrik enerjisinin tarifləri 10 faiz artacaq.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti