Amerikalı polkovnik: "Zelenski sadəcə təyyarəyə minib qaçacaq"

Amerikalı polkovnik:    "Zelenski sadəcə təyyarəyə minib qaçacaq"
  19 Aprel 2024    Oxunub:739
"Ukrayna lideri Vladimir Zelenski Silahlı Qüvvələrin Rusiya ordusu tərəfindən məğlub edilməsindən sonra ölkədən qaçmağa cəhd edə bilər".
Bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Deep Dive"ə açıqlamasında deyib.

“Güman edirəm ki, Zelenski sadəcə təyyarəyə minib uçacaq. Əks halda, onun ölkədə vurulmaq şansının yüksək olduğunu düşünürəm”, - polkovnik qeyd edib.

Makqreqorun sözlərinə görə, Kiyev rəhbərinin aradan götürülməsini elə “öz adamları” təşkil edə bilər.

Xatırladaq ki, dünən Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna prokurorluğu və Təhlükəsizlik Xidməti ilə birgə Vladimir Zelenskiyə sui-qəsd planı hazırlamaqda və Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən Polşa vətəndaşı olan Pavel K.-ni saxlayıblar.
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti