Tapdıqları "dinozavr sümüyü" insan qalığı çıxdı - FOTOLAR

Tapdıqları "dinozavr sümüyü" insan qalığı çıxdı    - FOTOLAR
  19 Aprel 2024    Oxunub:1652
Böyük Britaniyada maraqlı hadisə baş verib.
Wales Online-nın yaydığı məlumata görə, balaca uşaq atası ilə dəniz kənarında gəzərkən insan sümükləri tapıb.

"39 yaşlı Kristofer Ris və onun yeddi yaşlı oğlu Dilan Uelsin Veyl of Qlamorqan bölgəsindəki çimərlikdə itlərini gəzdirərkən qumdan üzə çıxan sümüklə rastlaşıblar. Ata deyib ki, “Oğlum qumu qazanda sevinirdi. Çünki uşaq dinozavr qalıqlarını tapdığını düşünüb. O, xoşbəxt idi”, - nəşr yazıb.

Ata və oğul daha bir neçə sümük taparaq onların mal-qaraya aid olduğunu düşünüblər və evlərinə aparıblar. Kristofer evə qayıdandan sonra tapıntıları həyat yoldaşına göstərib.

“Həyat yoldaşımın dediyi ilk şey "bunlar insan sümüyü kimi görünürlər” oldu. Sonra təşvişə düşməyə başladım” deyə kişi hadisəni xatırlayıb.


AzVision.az



Teqlər: Sümük  





Xəbər lenti