Ceyhun Bayramov İtaliya səfirini qəbul edib

   Ceyhun Bayramov İtaliya səfirini qəbul edib
  19 Aprel 2024    Oxunub:825
Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
AzVision.az xəbər verir ki, qəbulda postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov, İtaliya tərəfinə hazırkı həssas zamanda sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib.

İtaliyanın mövqeyindən regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinə təhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən bir sıra aktorlar tərəfindən nümunə götürülməsinin vacibliyi qeyd olunub.

AzVision.az


Teqlər: XİN   İtaliya   səfir   görüş  





Xəbər lenti