XİN rəhbəri Əlcəzair səfirini qəbul edib
Tərəflər Azərbaycanla Əlcəzair arasında artan tərəfdaşlığın, dost münasibətlərin, yüksək səviyyəli təmasların məmnunluq doğurduğunu vurğulayıblar. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, enerji, parlamentlərarası əlaqələr və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunub. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığı davam etdirdiyi bildirilib.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Nazir həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanla münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: XİN Əlcəzair səfir görüş