20 aprel – 24 noyabr tarixlərində keçiriləcək biennale "Əcnəbilər hər yerdədir" şüarı altında baş tutur. XVI əsrin unikal memarlıq abidələrindən Kampo della Tanada yerləşən Azərbaycan pavilyonu "Xəzərdən çəhrayı planetə: Mən buradayam" mövzusunda açılıb.
Mədəniyyət naziri Adil Kərimli mərasimdə BƏƏ-li həmkarı Salim bin Xalid Əl-Qasimi ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri və birgə mədəni layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə müzakirələrin də təşkilinin əhəmiyyəti vurğulanıb.
Görüşdə "Bakı Prosesi" çərçivəsində 1-3 may tarixlərində ölkəmizdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirə aparılıb.
AzVision.az