Çinin böyük şəhərlərinin yarısı suyun altında qala bilər

Çinin böyük şəhərlərinin yarısı suyun altında qala bilər
  20 Aprel 2024    Oxunub:1064
Çinin böyük şəhərlərinin təxminən yarısı orta və ya kəskin çökmədən əziyyət çəkir və xüsusən də dünya okeanının səviyyəsi yüksəldikcə bu, milyonlarla insanı daşqın təhlükəsi ilə üz-üzə qoyur.
Bu barədə Cənubi Çin Pedaqoji Universitetindən Ao Zuruinin rəhbərlik etdiyi alimlər qrupu “Science” jurnalında dərc olunan məqaləsində bildiriblər.

Çinin şəhər ərazilərinin 45%-i ildə üç millimetrdən, 16%-i isə on millimetrdən çox sürətlə çökür. Bu, yeraltı suların səviyyəsinin aşağı düşməsi və binaların çəkisi ilə bağlıdır.

Çökmə ilə bağlı itkilər ildə bir milyard dollardan çox təşkil edir və sahilyanı ərazilərin dörddə biri gələn əsr ərzində dəniz səviyyəsindən aşağı düşə bilər.

Bununla bağlı problemdən ən çox 15 milyondan çox insanın yaşadığı şimaldakı Tyantszin şəhəri əziyyət çəkir. Keçən il burada torpağın bir hissəsi çökdüyü zaman üç min sakin qəfil geoloji fəlakətdən sonra təxliyə edilmişdi.
AzVision.az



Teqlər: Çin  





Xəbər lenti