Cavanşir Məmmədov dəfn edilib - YENİLƏNİB

 Cavanşir Məmmədov dəfn edilib -  YENİLƏNİB
  20 Aprel 2024    Oxunub:1534
Əməkdar artist Cavanşir Məmmədov dəfn edilib.
Məlumata görə, əvvəlcə mərhumla evində və Göy məsciddə vida mərasimi keçirilib.

Mərasiminn ardınca cənazə "Qurd qapısı" qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

* * *

13:45
Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə AzVision.az-a TƏBİB-dən məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

* * *

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
AzVision.az xəbər verir ki, sənət adamları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.

Məlumatı "Report"a Əməkdar artist Firuzə İbadovanın qızı Hülya təsdiqləyib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, C.Məmmədov 1954-cü ildə anadan olub.

AzVision.az



Teqlər: müğənni   vəfat  





Xəbər lenti