Havanın hərarəti 31 dərəcəyə yüksəlib

   Havanın hərarəti 31 dərəcəyə yüksəlib
  21 Aprel 2024    Oxunub:591
Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
AzVision.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da və Aran rayonlarında 31, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

AzVision.az


Teqlər:





Xəbər lenti