"Azərbaycan bizim böyük qonşumuzdur" - Peskov

   "Azərbaycan bizim böyük qonşumuzdur" -    Peskov
  22 Aprel 2024    Oxunub:770
Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər zəngin ənənələri və əməkdaşlığın inkişafı üçün böyük potensialı ilə seçilir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfərini şərh edərkən deyib.

“O bizim böyük qonşumuz, dostumuz, tərəfdaşımız və müttəfiqimizdir. Həqiqətən də bizim çoxlu ümumi maraqlarımız var. Əməkdaşlıq üçün böyük potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənələri var”, - Peskov bildirib.

O əlavə edib ki, Moskva və Bakının əlaqələri daha da gücləndirmək üçün siyasi iradəsi var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya paytaxtına işgüzar səfər edib. Azərbaycan Prezidentinin mətbuat xidməti səfərin Putinin dəvəti ilə təşkil edildiyini vurğulayıb.

Yaxın vaxtlarda Moskvada iki dövlət başçıları arasında danışıqların baş tutacağı gözlənilir. Görüş zamanı Putin və İlham Əliyev Cənubi Qafqazdakı vəziyyəti və ölkələr arasında münasibətlərin inkişafını müzakirə edəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti