Putin və Paşinyan görüşə bilər

   Putin və Paşinyan görüşə bilər
  22 Aprel 2024    Oxunub:844
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.
Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.

"Bununla bağlı heç bir siqnal yoxdur. Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”,- Peskov Rusiya sərhədçi postlarının geri çəkilməsi ilə bağlı bəyanatları şərh edərkən deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti